ABŞ-da türk vətəndaşa məxsus firmaya silahlı hücum – Ölü və yaralılar var

ABŞ-da türk vətəndaşa məxsus firmaya silahlı hücum – Ölü və yaralılar var

ABŞ-ın Merilend ştatında biznes mərkəzində baş verən silahlı hücumda 3 şəxsin, öldüyü, 2 nəfərin yaralandığı bildirilib.

Avropa.info xəbər verir ki, Harford şəhərində baş verən hücumun 37 yaşlı Rade Labeb Prins tərəfindən törədildiyi bildirilir. “Emmorton Business Park” biznes mərkəzindəki “Advanced Granite Solutions” firmasında baş verən silahlı hücumun motivi hələ məlum deyil.

AP agentliyi “Advanced Granite Solutions” firmasının sahibinin Burak Caba adlı bir türk olduğu və firmanın 2004-cü ildən fəaliyyət göstərməsi ilə bağlı məlumat yayıb.

Hadisə ilə bağlı atışma baş verən ərazidə məktəbə və mağazaların qapısı bağlanıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər