Avropa.info APA-ya istinadən xəbər verir ki, həyata keçirilən araşdırmalarla saxlanılan dəstə üzvləri – Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyevin bir müddət əvvəl Kürdəmir rayon sakini Zahid Zərbəliyevin yaşadığı evə girərək ev sahibi və onun həyat yoldaşının ağzını və əl-qolunu yapışqanlı lentlə bağlayaraq mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları apardıqları müəyyən edilib.

Qeyd edək ki, sözügedən şəxslər oktyabrın 11-də İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evinə quldurluq məqsədi ilə girərək onu öldürüb, lakin evdən hər hansı əmlak əldə edə bilməyib hadisə yerindən qaçıblar.

Həyata keçirilən tədbirlər nəticəsində dəstə üzvləri tutulub.

Qeyd edək ki, öldürülən Mohtati Saman Nemat oğlu Azərbaycan Tibb Universitetinin tələbəsi olub.