İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı – Foto (Yenilənib)

İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı – Foto (Yenilənib)

Oktyabrın 20-də İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edir.

Əvvəlcə birgə foto çəkdirilib.

Zirvə görüşü müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

***

Türkiyənin İstanbul şəhərində D-8 Zirvə görüşü başlayıb.

“Report”un Türkiyə müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və başqaları iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbulda səfərdədir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər