Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”

Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”

“Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıb. Bu da, məncə, doğru addım deyil”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, Avropa Məhkəməsinin yerinə yetirilməyən 10 mindən çox qərarı var.

“Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir.

Elə bil, sanki, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu olarsa, bizim Avropa Şurasından qalıb-qalmayacağımız müzakirə olunacaq”.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər