PKK terror təşkilatının siyasi qolu İlqar Məmmədovu dəstəklədi – HDP-li millət vəkilindən Çavuşoğluna məktub

PKK terror təşkilatının siyasi qolu İlqar Məmmədovu dəstəklədi – HDP-li millət vəkilindən Çavuşoğluna məktub

PKK terror təşkilatının siyasi qolu sayılan HDP-dən olan İzmir millət vəkili Ertuğrul Kürkçü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna REAL lideri İlqar Məmmədovun müdafiəsi ilə bağlı məktub ünvanlayıb.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ertuğrul Kürçü yazdığı məktubunda Çavuşoğlunun rəhbərlik etdiyi XİN-in İlqar Məmmədovun həbsdən azad olunması üçün hərəkətə keçməsini istəyib.

HDP-li millət vəkili yazır ki, İlqar Məmmədov 2013-cü ildə prezidentliyə namizədliyini ortaya qoyduğu bir vaxtda həbs edilib. Kürçü məktubunda qeyd edir ki, İlqar Məmmədovun həbsdə saxlanılması Avropa İnsan Haqları Məhkəməsinin məhbusun dərhal azad edilməsinə dair qərarının “qorxulu bir şəkildə” pozulmasıdır:

“Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqland  yaxın günlərdə sizin də üzvü olduğunuz AŞ Nazirlər Komitəsinin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsini təklif edəcək. Baş katib məhkəmədən Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərə nə dərəcədə əməl etməsi ilə bağlı qərar çıxarmasını xahiş edəcək. Nazirlər Komitəsinin məhkəməyə müraciət etməsi üçün üzvlərin üçdə ikisinin səs verməsi lazımdır. Məsələ komitənin gündəliyinə gələndə Baş katibin təklifini dəstəkləməklə həm Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının qeyd-şərtsiz yerinə yetirilməsini, həmçinin beynəlxalq razılaşmaların Avropa Şurasına üzv ölkələr üçün daxili hüquqla eyni dərəcədə keçərli olduğunu vurğulamış olacaqsınız. Sizin qərarınız yalnız bir üzv dövlətdəki ədalətin təmin edilməsinə yardım etməyəcək, həmçinin düşüncə və ifadə azadlığının Türkiyədəki göstəricisi hesab ediləcəkdir”.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.

2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 2016-cı il noyabrın 18-də Ali Məhkəmə İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsindən şikayətini təmin etməyib.

2017-ci il sentyabrın 21-də Avropa Şurasının Nazirlər Komitəsi İlqar Məmmədovun işi üzrə qərar çıxarıb.

Xatırladaq ki, HDP-dən olan bir çox millət vəkili PKK terror təşkilatına dəstək verdikləri üçün Türkiyədə həbs olunublar.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər