T-55, T-62 tankları, İsrail avtomatları, ABŞ haubitsası və daha nələr – İŞİD-in əlindəki silahlar görüntüləndi (Video)

  • Dünya
  • 20 Oktyabr, 2017 [15:28]
T-55, T-62 tankları, İsrail avtomatları, ABŞ haubitsası və daha nələr – İŞİD-in əlindəki silahlar görüntüləndi (Video)

Suriyanın SANA agentliyi Məyadin şəhərində İŞİD-dən ələ keçirilən silahların videosunu yayıb.

Avropa.info xəbər verir ki, videoda T-55, T-62 markalı sovet tanklarını, Çexiya istehsalı RPG-75, sovet istehsalı RPG-27, RPG-29 qumbaratanları, “Şmel” odsaçanları, irikalibrli pulemyotlar, avtomat və tüfənglər var.

Qənimətlər arasında İsrail istehsalı silahlar, 155 mm-lik M198 ABŞ qaubitsası  da var. Bundan əlavə kustar üsulla hazırlanmış PUA-lar tapılıb. İŞİD bu PUA-lardan kəşfiyyat, düşmən mövqelərinə qumbara atmaq üçün istifadə edib.

Xatırladaq ki, Deyr-əz-Zorun şərqində yerləşən Məyadin şəhəri 14 oktyabrda azad edilib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər