Türkiyədə yaşayan azərbaycanlı rəssamın işləri Abu-Dabidə maraqla qarşılandı

Türkiyədə yaşayan azərbaycanlı rəssamın işləri  Abu-Dabidə maraqla qarşılandı

Türkiyədə yaşayan həmvətənimiz, Konyadakı Səlcuq Universitetinin dosenti doktor İlham Ənvəroğlu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında açılan sərgidə öz nadir yaradıcılıq nümunələrini təqdim edib.

Avropa.info xəbər verir ki, sərginin açılış mərasimi Abu-Dabinin məşhur “Emirates Palace” otelində Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən mərasimdə baş tutub. Burada rəssamın 30 işi nümayiş etdirilib. Sərginin ziyarətçiləri bu işləri yüksək qiymətləndiriblər.

İlham Ənvəroğlu AZƏRTAC-a müsahibəsində deyib ki, sərgidə Azərbaycanın BƏƏ-dəki səfirliyinin dəvəti ilə iştirak edib. Rəssamın sözlərinə görə, belə bir mötəbər tədbirdə iştirak etmək onun rəssamlıq fəaliyyəti üçün çox böyük əhəmiyyət kəsb edir.

“Xarici ölkələrdə müxtəlif sərgilərdə iştirak etmişəm, həmçinin xaricdə iki fərdi sərgim keçirilib. Sözsüz ki, Abu-Dabi kimi böyük şəhərdə keçirilən sərgidə işlərimi nümayiş etdirmək mənim üçün ayrica önəmlidir. Mən Azərbaycanda doğulmuşam və təbii ki, Vətənimizin ab-havası, musiqisi, xalçaçılığı, miniatürü qanımdadır. Mən ziyalı, şair ailəsində böyümüşəm və sözsüz ki, millilik mənim xislətimdədir, milli kolorit canımda və qanımdadır. Deyirlər ki, elmin vətəni yoxdur, alimin vətəni var, amma mən deyərdim ki, sənətkarın da, sənətin də vətəni olmalıdır. Sənət hər bir mədəniyyətin ayrılmaz hissəsidir, ona görə də çalışıram mənim əsərlərimə baxanlar Azərbaycan ruhunu, türk ruhunu hiss etsinlər. Ona görə də bu rənglər, bu motivlər mənim yaradıcılığımda öz əksini tapır”.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər