Kəmaləddin Heydərovun oğlu sənəd itirdi, elan verdi – Foto

Kəmaləddin Heydərovun oğlu sənəd itirdi, elan verdi – Foto

Bakının “milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində “Qəbələ” idman klubunun prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus mənzilin xüsusi mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi itib.

Avropa.info Ölkə.Az-a istinadən xəbər verir ki, T.Heydərov sözügedən sənədin etibarsız sayılması üçün “Xalq” qəzetinin bugünkü sayında elan yerləşdirib.

Elanda deyilir ki, 2005-ci il iyulun 20-də Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi (TİMHQİ) tərəfindən Heydərov Tale Kəmaləddin oğlunun adına verilmiş FM seriyalı 037080 nömrəli qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Elanda itən sənədin qeydiyyat ünvanı kimi Bakı şəhəri, T.Əliyev küçəsi göstərilir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər