Vaqif Əsədov: “Sərxoş sürücüləri necə müəyyən ediriksə, söhbət edənləri də elə müəyyən edəcəyik”

Vaqif Əsədov: “Sərxoş sürücüləri necə müəyyən ediriksə, söhbət edənləri də elə müəyyən edəcəyik”
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov maşın sürərkən dostu ilə söhbət edən sürücünün yol polisi tərəfindən saxlanılması ətrafında yaranan mübahisəyə münasibət bildirib.
Avropa.info V.Əsədov “ölkə.az”a açıqlamasında deyib ki, sükan arxasında söhbət edən sürücünün yol polisi tərəfindən saxlanılmasına qanun da icazə verir:
“Nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıracaq hərəkətlərin edilməsi qanunla qadağandır. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək, hərəkət zamanı sükanı əlindən buraxmaq qadağandır. Bundan başqa, sükan arxasında su içmək və şüşəsini avtomobildən kənara atmaq, musiqiyə səs verib nəqliyyat vasitəsinin şüşələrini aşağı salmaq da qadağandır və cəriməsi var. Əgər sürücü bu qaydalara əməl etməsə, qanunla 40 manat cərimələnəcək. Ümumiyyətlə, sürücülər avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlər etməməlidir. Çünki bu, qəzalara səbəb olur”.
V.Əsədov sükan arxasında söhbət edən sürücülərin yol polisi tərəfindən necə müəyyən edilməsinə də aydınlıq gətirib:
“Sərxoş və təhlükəsizlik kəməri vurmayan sürücüləri yol polisi necə müəyyən edirsə, sükan arxasında söhbət edənləri də elə müəyyən edəcək. Söhbət edən sürücülərin necə müəyyən ediləcəyi barədə xidmət aparan yol polisinə sual verilməlidir. Mən bəzi jurnalistlərə üzümü tutub deyirəm ki, bu məsələni qalmaqala çevirməklə nə əldə etmək istəyirsiniz? Biz “Yol hərəkəti haqqında” qanunun tələblərini deyirik. Qanunda belə yazılıb. İndi onu qəbul etsəniz də, etməsəniz də belədir”.
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər