FİFA futbol vətəndaşlığı ilə bağlı qaydalara yenidən baxacaq

  • İdman
  • 20 Oktyabr, 2017 [19:56]
FİFA futbol vətəndaşlığı ilə bağlı qaydalara yenidən baxacaq

FİFA futbolçuların milli komandalarda çıxış etmək hüququ ilə bağlı əsasnamədə dəyişiklik edilməsini nəzərdən keçirir.

Bu baş verərsə, oyunçular müəyyən şərtlər daxilində çıxış etdikləri yığmanı dəyişə biləcəklər.

Bildirilir ki, bununla bağlı Kabo Verde Futbol Federasiyasının rəhbərliyi təşəbbüslə çıxış edib. Onlar dəyişikliyin yığmada bir və ya iki matç keçirən, lakin yenidən dəvət almaq üçün real perspektivi olmayan oyunçulara şamil edilməsini istəyiblər.

CONACAF-ın prezidenti, FİFA-da maraqlı tərəflərin komitəsinin rəhbəri Viktor Montalyani məsəslə ilə bağlı deyib ki, son illər çoxlu sayda problem meydana gəlib: “Dünya və onunla bərabər miqrasiya prosesi dəyişir. Oyuna təsir etməyəcək yeniliklərə baxmaq üçün münasib vaxt yetişib”.

Qeyd edək ki, hazırkı reqlamentə əsasən, bir milli komandanın heyətində rəsmi matç keçirən futbolçu gələcəkdə digərinin formasını geyinə bilməz.

Report
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər