Azərbaycanda ata qatilinə ömürlük həbs cəzası verildi – Foto

Azərbaycanda ata qatilinə ömürlük həbs cəzası verildi – Foto

Neftçalada 4 il əvvəl atasını və şahid qonşusunu qətlə yetirərək cinayəti gizlədə bilmiş oğul ömürlük, ana 14 il, digər oğul isə 16 il azadlıqdan məhrum edilib.

Dünən Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında 2014-cü ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kənd sakinləri – 1961-ci il təvəllüdlü Aydın Dəmirovu və qonşuları, 1961-ci ildə anadan olmuş Kamal Rüstəmovu qətlə yetirmiş iki oğul və analarına və Kamal Rüstəmovun qətlinin iştikaşçısı olmuş daha iki nəfərə hökm oxunub.

Avropa.info virtualaz.org-a istinadən xəbər verir ki, atasını güllə ilə vuraraq, cəsədini yandırıb hissəslərə bölərək, Kür çayına atmış və bunun şahidi olan qonşusunu qətlə yetirərək, cəsədini Bakı şəhərinə – Balaxanı qəsəbəsində kirayə qaldığı evə apararaq manqalda yandırmış 25 yaşlı Emin Aydın oğlu Heybətov ömürlük, anası Tükəzban Habil qızı Heybətova 14 il, Kamal Rüstəmovun qətlinin iştirkaçıları olmuş digər oğlu Amil Aydın oğlu Heybətov 16 il 8 ay, Cəlilabad rayon sakinləri Cavid Əliyev 13 il 6 ay və Ruhid Şükürov 12 il 6 ay azadlıqdan məhrul ediliblər.

Xəbər verdiyimiz kimi, ötən il hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, 2014-cü ilin fevralın ayında taksilik fəaliyyəti ilə məşğul olduğu avtomobillə evdən çıxaraq bir daha geri qayıtmayan 50 yaşlı Rüstəmov Kamal Ədalət oğlunun qətlə yetirildiyi məlum olmuşdu. Cinayətin açılması isə qonşuluqda yaşayan, 3 il əvvəl itkin düşmüş kənd sakini 55 yaşlı Heybətov Aydın Dəmir oğlunun qətlinin üstünün açılması nəticəsində baş vermişdi.

Belə ki, 2013-cü ilin iyun ayında qonşusu Heybətov Aydın Dəmir oğlunun həyat yoldaşı və oğlu tərəfindən evlərində ailə münaqişəsi zəminində tüfənglə qətlə yetirilərək cəsədi yandırıldıqdan sonra sümüklərinin torpağa qarışdırılıb kisələrə doldurularaq Kür çayına atılmasından təsadüfən xəbər tutan Kamal Rüstəmov polisə məlumat verməmişdi. Törətdikləri cinayətin üstünün açılacağından ehtiyatlanan, atası Aydın Heybətovu qətlə yetirməkdə şübhəli bilinən oğul 24 yaşlı Emil Heybətov qardaşı Amil Heybətovla, Amillə birlikdə cəzaçəkmə məntəqəsində cəza çəkən Cəlilabad sakini Cavid Əliyev və onun tanışı Ruhid Şükürovla danışaraq, anası ilə birgə atasını öldürməsi ilə bağlı cinayətdən məlumatlı olan şahid Kamal Rüstəmovu 8 ay sonra “aradan götürmək” qərarına gəliblər.

Bu məqsədlə Ruhid Şükürov 2014-cü ilin fevral ayının 12-də axşam saatlarında naməlum şəxs qiyafəsinə girərək guya taksi lazım olduğu bəhanəsi ilə Kamal Rüstəmovu evdən çağıraraq ona məxsus olan VAZ-21011 markalı maşını çölə sürdürüb və orada qardaşlar Emin və Amil K.Rüstəmovu qətlə yetirib avtomaşınını yandırıblar. Sonra isə meyiti Cavid Əliyevə məxsus “Mercedes” markalı avtomaşının yük yerinə qoyaraq Bakı şəhərinə gətiriblər və Sabunçu rayonu ərazisində kirayədə yaşadıqları evin həyətində manqalda yandırıb qalıqlarınınin bir hissəsini küçəyə töküb, bir hissəsini isə torpağa basdırıblar.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər