Təcili: Qarabağda daha iki erməni əsgəri güllələndi

Təcili: Qarabağda daha iki erməni əsgəri güllələndi

Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” daha iki hərbi qulluqçunun ölümü ilə bağlı məlumat yayıb.

Avropa.info virtualaz.org-a istinadən xəbər verir ki, məlumata əsasən oktyabrın 20-də iki erməni əsgəri-1998-ci ildə anadan olmuş Aram Xaçatryan və 1997-ci ildə anadan olmuş Qraç Avetisyan “ölümcül güllə yaraları” alıblar. İnsidentin təmas xəttinin hansı istiqamətində baş verdiyi gösərilmir. Lakin bildirilir ki, hərbi qulluqçular “silahdan istifadə qaydalarının pozulması nəticəsində” güllə yaraları alıblar.

Sosial şəbəkələrdə yer alan məlumatlara görə insident təmas xəttinin Talış kəndi istiqamətində baş verib. Bir gün əvvəl də Ermənistan işğalçı qüvvələri həmin istiqamətdə itki vermişdi.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər