Şimali Koreyada əsla ala bilməyəcəyiniz şeylər – Kola, ayfon və …. (FOTOLAR)

Şimali Koreyada əsla ala bilməyəcəyiniz şeylər – Kola, ayfon və …. (FOTOLAR)

Demək olar ki, dünyadan təcrid olunmu ölkə kimi sayılan Şimali Koreyada qadağalar saysız hesabsızdır. Bu ölkədəki qadağaları sizlərə təqdim edəcəyik. Şimali Koreyadakı qadağalar haqqında məlumatlar bu ökəni ziyarət edən insanların danışdıqları əsasında hazırlanıb.

Musavat.com sizə Şimali Koreyada əsla pul ilə ala bilməyəcəyiniz şeylərin siyahısını təqdim edir.

Coca Cola

Dünyada Coca Colanın satılmadığı iki yer var, Kuba və Şimali Koreya. Şimali Koreyada Coca Colaya bənzər dadda içkilər hazırlanır. Lakin Coca Colanın dadını tam bilmirlər.

Kuzey Kore'de Satın Alamayacağınız 9 Şey

Kim Çen ın-ın saç düzümü

Bir neçə il bundan əvvəl Kim çen ının saç düzümü dəb halını almışdı. Şimali Koreyada bir çox insan saçlarını liderlərinin saçı kimi hazırlayırdı. Bundan narahat olan Kim çen ın bütün kişilərə sözü gedən saç düzümünü qadağan etdi.

Kuzey Kore'de Satın Alamayacağınız 9 Şey

Saç boyası

Şimali Koreyada saçlarınızı qırmızı , qızılı, sarı, yaşıl və ya başqa bir rəngə boyamaq kimi bir lüksünüz yoxdur. Hər kəsin saçı qara olmalıdır. Əgər kimsə saçını rənglədərsə həmin şəxs və onun bərbəri cəzalandırılır.

Kuzey Kore'de Satın Alamayacağınız 9 Şey

McDonald’s

Şimali koreyada McDonald’sın məhsullarını yeyə bilməzsiniz. Çünki orada ümumiyyətcə McDonald’s yoxdur. Şimali Koreyalıların bir çoxu sırf McDonald’sın məhsullarından dadmaq üçün Çinə gedir.

Kuzey Kore'de Satın Alamayacağınız 9 Şey

Cins şalvar

Şimali Koreyada xüsusilə gənclərin dəstəyi ilə cins şalvara nəzərat edilir. Qərb modası sayılan cins geyimlərə qarşı çıxırlar. Hətta cins geyinən insanları təsbit etmək üçün gənclər öz aralarında xüsusi qruplar belə yaradır. Küçələri gəzib, cins geyinənləri tapıb cəzalandırılması üçün lazımı tədbirləri görürlər.

Kuzey Kore'de Satın Alamayacağınız 9 Şey

Xarici filmlər

Şimali koreyada xarici filmləri izləmək də qadağandır. Xüsusilə xarici ölkələrin mədəniyyətlərini əks etdirən filmləri izləmək əsla olmaz.

Kuzey Kore'de Satın Alamayacağınız 9 Şey

Ayfon

Ayfon telefonları Şimali Koreyada qadağan edilməyib. Amma Ayfon şirkəti özü Şimali Koreyada satış həyata keçirmir. Yəni bu ökədə ayfon telefonlarının satıldığı dükan tapmaq mümkün deyil.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər