Saakaşvili Ukrayna Milli Qvardiyası və Təhlükəsizlik Xidmətini ləğv etməyə çağırıb

Saakaşvili Ukrayna Milli Qvardiyası və Təhlükəsizlik Xidmətini ləğv etməyə çağırıb

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün Kiyevdə Ali Rada binasının yaxınlığında keçirilən aksiyada Ukrayna Milli Qvardiyasını və Ukrayna Təhlükəsizlik Xidmətini ləğv etməyə çağırıb.

 

M. Saakaşvili deyib ki, Milli Qvardiya hakimiyyətin maraqlarına xidmət etdiyi üçün ləğv edilməlidir.

 

M. Saakaşvili Milli Qvardiyaya ordu ilə müqayisədə 2,5 dəfə çox vəsait ayrılmasına diqqət çəkib və bunun yolverilməz olduğunu vurğulayıb. Sabiq qubernator Ukrayna Təhlükəsizlik Xidmətinin ləğv edilərək effektiv xarici kəşfiyyat xidməti yaradılmalı olduğunu bildirib. Ukrayna prezidenti Petra Poroşenkonu tərəfdarlarına qarşı repressiyada ittiham edən M. Saakaşvili parlament qarşısında aksiyaları davam etdirməyə çağırıb.

 

Ali Radanın binası qarşısındakı aksiyada 500 nəfər iştirak edir, aksiyada təhlükəsizliyin qorunmasına minə qədər polis cəlb edilib.

 

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu “Yeni Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları oktyabrın 18-dən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.

 

***

 

saat 16.53

 

Kiyevdə Ali Rada binasının yaxınlığında keçirilən aksiyada polis və aksiya iştirakçıları arasında toqquşma  olub.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tribunada çıxışında bildirib ki, polis səs avadanlığı ilə təchiz olunmuş maşın vasitəsi ilə çıxışçıların səsinin aksiyaçılar tərəfindən eşidilməsinə mane olur.

 

M. Saakaşvili aksiyaçıları maşını götürməyə çağırıb. Polis maşına yaxınlaşan aksiyaçıların qarşısını almağa çalışıb və toqquşma baş verib. Aksiya təşkilatçıları mitinq iştirakçılarına qarşıdurmanı dayandırmağa çağırıb. Bundan sonra toqquşma dayanıb.

 

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu “Yeni Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları oktyabrın 18-dən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər