İraqda İŞİD üzərində qələbə çalındıqdan sonra xarici ölkələrin silahlı qüvvələri, xüsusilə İran ordusu bu ölkəni tərk etməlidir.
Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.
“Əlbəttə, orada İran Silahlı Qüvvələrinin tabeliyindəki hərbçilər var. İŞİD-ə qarşı müharibə bitdiyi zaman bu ordu qüvvələri ölkəsinə qayıtmalıdır. Bütün əcnəbi qüvvələr evlərinə qayıtmalıdır”, – ABŞ rəsmisi bildirib.