Yeniyetmələr arasında uşu-sanda idman növü üzrə Bakı birinciliyi başa çatıb

  • İdman
  • 22 Oktyabr, 2017 [23:01]
Yeniyetmələr arasında uşu-sanda idman növü üzrə Bakı birinciliyi başa çatıb

Şağan Olimpiya İdman Mərkəzində uşu-sanda üzrə yeniyetmələr arasında Bakı birinciliyinə yekun vurulub.

Avropa.info xəbər verir ki, yarış Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası və Azərbaycan Uşu Federasiyası tərəfindən keçirilib.

Birincilikdə 2002-2010-cu il təvəllüdlü yeniyetmələr müvafiq yaş qruplarında 29 çəki dərəcəsində mübarizə aparıblar.

Yarışda 20-dən artıq idman klubundan 150 idmançı iştirak edib.

Qalib idmançılara Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər