Azərbaycanda bir ilk: İmişlidə “Səyyar İntellektlər” bilik yarışları- Fotolar

Azərbaycanda bir ilk: İmişlidə “Səyyar İntellektlər” bilik yarışları- Fotolar
İmişli şəhərində ənənə halını almış intellektual oyunlar yeni mövsümünə start verib.
Avropa.info xəbər verir ki, hər həftə sonu keçirilən könüllü intellektual bilik yarışı respublikada özünə məxsusluğu ilə seçilir.
Azərbaycan İntellektual Oyunlar Klubunun və Ziyalı Gənclər Maarifçi Klubu-nun birgə təşkilatçılığı ilə keçirilən yarışa, mütəmadi olaraq  Azərbaycanda yalnız İmişli şəhərində 120 nəfərdən çox 15-35 yaşlar arasında yeniyetmə və gənclər qatılır. Bu qədər gəncin hər həftə könüllü bir yerə toplaşmağı böyük uğur hesab edilir.
İmişli Rayon İcra Hakimiyyətinin də dəstəyi olan bu yarışlara bu il yeni bir təşəbbüs də əlavə edilib.
Təşəbbüsə görə ay ərzində xalları toplanaraq ilk 5-likdə yer alan komandalar, rayonun kənar kəndlərində intellektual yarışda iştirak edərək bu bilik marafonunu təbliğ edəcəklər. Bu təşəbbüsə “Səyyar İntellektlətlər” adı verilib. Bu da Azərbaycanda  bir ilkdir.
Avropa.info-ya açıqlamasına Ziyalı Gənclər Maarifçi Klubunun rəhbəri Ziya Rzayev bildirib ki, “biz bu marafon sayəsində gənclərimizi pis vərdişlərdən kənarlaşdırmağa nail ola bilmişik. Artıq valideynlər öz övladlarının boş vaxtlarını bilik yarışına sərf etməsinin tərəfindədirlər. İnanırıq bizim yolumuz doğru yoldur.”
Saleh Qafarlı/AVROPA.İNFO

 

 

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər