Biləcəridə qatardan qaçmış məhkum “Krıtı Elvin”in qatili imiş – Təfərrüat (Yenilənib)

Biləcəridə qatardan qaçmış məhkum “Krıtı Elvin”in qatili imiş – Təfərrüat (Yenilənib)

Xəbər verdiyimiz kimi, Bakıdan Şirvana aparılan iki məhkum Biləcəri stansiyasında qatardan qaçıb. Qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunanaraq həbs edilən Əli Rasim oğlu Ağami ilə bağlı azvision.az yeni məlumatlar əldə edib.

Belə ki, Ə.Ağami 2015-ci il noyabrın 5-də Şirvan şəhərindəki kafedə iki nəfərin ölümü ilə nəticələnən silahlı insidentdə iştirak edib. 2 il öncə silahlı insidentlə əlaqədar Şirvan şəhər məhkəməsinin qərarı ilə Şirvan şəhər sakinləri – qətli törədən Ağami Əli Rasim oğlu barədə 4 ay, 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu barədə isə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2015-ci il noyabrın 5-də gecə saat 23.00 radələrində Şirvan şəhərində Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan ürək nahiyəsindən açılan atəşlə qətlə yetirilib. Kafenin otağında Elvin Nəciyev (Krıtı Elvin) “Makarov” tipli tapançadan Zaur Sarıbalayevə atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Əli Ağami isə “Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. E.Nəciyev Şirvan şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerindən 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Əli Ağaminin qətldə istifadə etdiyi “Makarov” tipli tapança 2 gün sonra Şirvan şəhər xəstəxanasının ərazisindən götürülüb.

Elvin Nəciyevi qətlə yetirən Əli Rasim oğlu Ağami həmin il Samur sərhəd-keçid məntəqəsini yeni pasportla keçərkən saxlanılıb. Belə ki, həmin pasportda onun ad və soyadı Ağami (anasının qızlıq soyadı) Əli Rasim oğlu, əvvəlki ad və soyadı isə Abdulla Hüseynov olub. Məlum olub ki, cinayətdə istifadə olunan “Makarov” tapançasını Əli Ağamiyə silahlı insidentlə əlaqədar saxlanılan Tural Salmanov verib.

***

Bakıda qaçan məhbusların adları məlum olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

***

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.

Avropa.info APA-ya istinadən xəbər verir ki, həmin məhkumla Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayan zaman onlardan ikisi qaçmağa nail olub.

Hazırda qaçan məhkumların axtarışı davam edir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər