“Azital İnşaat” MMC-nin direktoru məhkəmə qarşısında

“Azital İnşaat” MMC-nin direktoru məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən 48 yaşlı Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Ş.Bədəlov ona sürülən ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə prosesi noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, Şamil Bədəlov “Azital İnşaat” MMC şirkətinin direktoru vəzifəsində işləyib. İttihama görə, o, şirkətin 42 min manat pulunu mənimsəyib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, “Azital İnşaat” MMC şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunub. Deputat A.Vəliyev həmçinin “Azəraqrartikinti” ASC-nin rəhbəridir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər