Türk ordusu hərəkətə keçdi – Afrin üzərinə vertolyotlardan xəbərdarlıq broşüraları atıldı

Türk ordusu hərəkətə keçdi – Afrin üzərinə vertolyotlardan xəbərdarlıq broşüraları atıldı

İki həftə əvvəl Suriyanın İdlib vilayətində 1 nömrəli Nəzarət Məntəqəsini formalaşdıran Türkiyə ordusu digər nəzarət məntəqələrini də qurmağa davam edir.

Avropa.info xəbər verir ki, TSQ iki gün əvvəl 2 nömrəli Nəzarət Məntəqəsini formalaşdırmaq üçün Hələbin şimal-qərbindəki Kafr Bassin kəndində tədqiqat aparıb. Türk ordusunun PKK-nın Suriya qolu YPG-nin nəzarətindəki Afrin ilə İdlib sərhədində yerləşən Şeyx Akil dağına da gəldiyi bildirilir.

Astana  danışıqları çərçivəsində əldə olunmuş razılaşmaya görə, türk ordusu İdlibdə atəşkəsin təmin olunmasına nəzarət edəcək, ehtiyacı olanlara humanitar yardım çatdıracaq, evlərindən didərgin düşənlərin evlərinə qayıtması üçün fəaliyyət göstərəcək. Türk hərbçiləri regionu nəzarət altında saxlayan Şeyx Bərəkət Təpəsi və Şeyx Akil Təpəsi kimi yüksəkliklərə yerləşməyə başlayır.

Yerli mənbələr TSQ-nın ilkin mərhələdə 8 nəzarət məntəqəsini formalaşdırmaq üçün fəaliyyətini davam etdirdiyini bildirir.

Terror təşkilatına yaxın mənbələr TSQ-ə məxsus vertolyotların YPG işğalı altındakı Minnaq və Maranaz üzərində uçuşlar keçirdiyini, kəndlərə Afrin əməliyyatı ilə bağlı mülki əhalini maraqlandıran yüzlərlə broşüralar atıldığını bildirir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər