Rəqqadan sonra Deyr-əz-Zor – Suriyanın ən böyük neft yataqları PYD-nin əlinə keçdi

Rəqqadan sonra Deyr-əz-Zor – Suriyanın ən böyük neft yataqları PYD-nin əlinə keçdi

PKK-nın Suriya qolu PYD/YPG Fərat çayının şərqində yerləşən, Deyr-əz-Zor vilayətinin ən böyük neft yatağını ələ keçirib.

Avropa.info xəbər verir ki, 9 sentyabrda ABŞ-ın dəstəyi ilə başlayan əməliyyat ilə PYD neft quyularına nəzarəti də ələ keçirmiş oldu. İŞİD-in Rəqqanın mərkəzindən tamamilə çıxmasından sonra PYD-nin bəzi İŞİD üzvlərini Deyr-əz-Zora əlavə qüvvə kimi göndərməsi məlum olub.

23 sentyabrda PKK/PYD Deyr-əz-Zorun şimal-şərqindəki ən böyük qaz müəssisəsi “Konoko”yu, bu ayın əvvəli isə Cafra neft yatağını ələ keçirmişdi.

Hal-hazırda PKK/PYD Suriya torpaqlarının dörddə birinə nəzarət edir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər