Dizelin qiymətinin bahalaşacağı anonsu verildi: Qiymət artımları ola bilər

Dizelin qiymətinin bahalaşacağı anonsu verildi: Qiymət artımları ola bilər

““Azpetrol” şirkətinin benzin və dizelin qiyməti ilə bağlı proqnoz verməsi nə qədər təəccüblü görünsə də, yanacağın, xüsusən də dizelin bahalaşmasının hətta müzakirəsi də o qədər arzuolunan deyil”.

Avropa.info-nun məlumatına görə, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

İqtisadçı qeyd edib ki, dizel yanacağının qiyməti kənd təsərrüfatı daxil olmaqla əksər sektorlarda xərci müəyyənləşdirən əsas faktorlardandır:

“Bu baxımdan, dizelin qiyməti yüksəldiyi halda yalnız aqrar məhsullarda deyil, çox fərqli sahələrdə o cümlədən, nəqliyyatda qiymət artımları müşahidə edilə bilər. Bu həm daxili bazarda qiymətlərin tənzimlənməsi, həm də qeyri-neft məhsullarının ixracı baxımdan arzuolunan deyil. Buna görə də, yanacaq məhsullarının xərclərinin optimallaşdırılması üçün kooporativ idarəetmənin təkmilləşdirilməsi daxil olmaqla xərclərin dövlət tərəfindən birbaşa və dolayı balanslaşdırılması yolu ilə qiymət artımlarına getməməyə ehtiyac var. Bütün hallarda, istehlak bazarında qiymətlərin tənzimlənməsinin və eləcə də qeyri-neft ixracatının artırılmasının prioritet olduğu bir dövrdə yanacağın qiymətinin artırılmasına ehtiyac hiss edilmir”.

Xatırladaq ki, bir müddət öncə Azərbaycanın Tarif Şurasından (qiymət) dizel yanacağının qiymətinə yenidən baxılması ilə bağlı açıqlama verilmişdi. Qurumun açıqlamasında qeyd olunurdu ki, gündəlikdə qiymət artımı ilə əlaqədar məsələ yoxdur.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər