AST Telman və qardaşı Türkiyədən qaçdı – Onların bu ölkədə sığınacaq aldığı iddia edilir

AST Telman və qardaşı Türkiyədən qaçdı – Onların bu ölkədə sığınacaq aldığı iddia edilir

Rusiyanın “Rosbalt” agentliyinin məlumatına görə, haqlarında adam öldürmək ittihamı ilə cinayət işi açılmış və beynəlxalq axtarışa verilmiş Telman və Vaqif İsmayılov qardaşları Türkiyəni tərk edərək Fransaya köçüblər.

Avropa.info xəbər verir ki, son aylaradək Telman İsmayılov Türkiyədə 2016-cı ilin payızından bəri gizlənirdi. Adam öldürməkdə və qanunsuz silah saxlamaqda ittiham olunan qardaşı Vaqif İsmayılovun əvvəlcə Rusiyada gizləndiyini sanırdılar. Sonra onun qardaşı Telmanın yanına, Türkiyəyə  köçdüyü məlum olub. Hər iki qardaşı son zamanlaradək Antalya sahilində yerləşən “Mardan Palace” otelində yaşayırlarmış. Otelin özünün isə elektrik borcuna görə işığı kəsilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Türkiyənin onları Rusiyaya təhvil verməsindən qorxan qardaşlar hal-hazırda Fransadadırlar.

Qeyd etmək lazımdır ki, bu ölkə Telman İsmayılov üçün elə də yad deyil. Bunu Rusiya DİN-nin sabiq əməkdaşı Dmitri Zaxarçenkonun apardığı istintaq materiallarından demək olar. Şahidlərin birinin ifadəsinə görə, Zaxarçenko Telman İsmayılovla onun Moskva regionunda bazarı olduğu dövrdən yaxından tanışdır.

Şahidin sözlərinə görə, Telman İsmayılovun Rusiyadan getməsindən sonra Zaxarçenko onunla Fransada görüşmək istədiyini, birgə biznes layihələri müzakirə etməyi təklif edib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər