Əfsanəvi italyan qapıçı karyerasını göz yaşları ilə başa vurdu – Video

Əfsanəvi italyan qapıçı karyerasını göz yaşları ilə başa vurdu – Video

Əfsanəvi qapıçı Canluici Buffon komandasının DÇ-2018-ə gedə bilməməsindən sonra gözləri yaşlı şəkildə İtaliya yığmasında karyerasını başa vurub.

Avropa.info xəbər verir ki, 39 yaşlı Buffondan əlavə italiyalı yarımmüdafiəçi Daniel de Rossi və müdafiəçilər Andrea Bartsali və Corco Kellini karyeralarını başa vurublar.

“Çox təəssüf ki, son rəsmi oyun komandanın dünya çempionatına çıxa bilməməsi ilə üst-üstə düşdü. Bu üzücüdür. Mənim üçün yox, ona görə ki, bu ölkə üçün doğrudan da çox vacib ola bilərdi. Mən İtaliya yığmasını tərk edirəm və onu öz sözünü deyə biləcək gənc uşaqlara – Perina və Donnarummeyə buraxıram. İtaliya futbolunun sözsüz ki, gələcəyi var. Demək olar, 10 il birgə keçirdiyimiz Batsali, Bonuççi, Kellini və De Rossini qucaqlamaq istəyirəm” – Buffon göz yaşlarını saxlaya bilməyərək müsahibə verib.

Qeyd edək ki, dünən İtaliya yığması play-off matçında İsveç ilə heç-heçə oynayaraq iki oyunun hesabına görə 1958-ci ildən bəri ilk dəfə dünya çempionatına çıxa bilməyib. Birinci matçda isveçlilər italyanlara 1:0 hesabı ilə qalib gəlmişdilər. İtaliya komandası dördqat dünya çempionudur.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər