Meral Akşənərin çevriliş cəhdi gecəsi FETÖ-çülərə qarşı meydanlara axışan ülküçülərə verdiyi sensasion təlimat üzə çıxdı – “Bu bizim məsələmiz deyil, sizin nə işiniz var orda, evinizə qayıdın”

Meral Akşənərin çevriliş cəhdi gecəsi FETÖ-çülərə qarşı meydanlara axışan ülküçülərə verdiyi sensasion təlimat üzə çıxdı – “Bu bizim məsələmiz deyil, sizin nə işiniz var orda, evinizə qayıdın”

Türkiyədə Millətçi Hərəkat Partiyasından qovulduqdan sonra “İyi” adlı partiya quran Meral Akşənərin çevriliş cəhdi gecəsi sensasion təlimatı üzə çıxıb.

Avropa.info xəbər verir ki, həyatının 12 ilini MHP-nin işləri ilə bağlı həbsxanalarda keçirən Mustafa Dülgər, Meral Akşənərin çevriliş gecəsi FETÖ-çü hərbçilərə qarşı küçəyə çıxan ülküçülərə “bu bizim məsələmiz deyil, sizin nə işiniz var orda evinizə qayıdın” təlimatı verdiyini deyib.

“15 iyulda FETÖ-nün çevriliş cəhdini eşidən kimi buna qarşı küçələrə töküldük. Həmin vaxtlar mən də daxil olmaqla bir çox MHP-li Meral Akşənəri lider olaraq görürdük. Zəng edib onu meydanlara dəvət etdik. Ondan eşitdiyimiz cavab bizə xəyal qırıqlığı yaşatdı. Akşenər bizə “bu bizim məsələmiz deyil, sizin nə işiniz var orda evinizə qayıdın” təlimatı verdi. Lakin biz meydanlardan qaçmadıq. Akşənərin gerçək üzünü gördük” deyə Mustafa Dülgər qeyd edib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər