BBC PKK/PYD-İŞİD əməkdaşlığının şok görüntülərini yaydı – Pentaqonda gülünc açıqlama: “Biz İŞİD-çiləri Rəqqadan ona görə buraxdıq ki…” (Video)

BBC PKK/PYD-İŞİD əməkdaşlığının şok görüntülərini yaydı – Pentaqonda gülünc açıqlama: “Biz İŞİD-çiləri Rəqqadan ona görə buraxdıq ki…” (Video)

Pentaqon Rəqqadan çıxıb getmələri üçün PKK-nın Suriya qolu PYD terror təşkilatının İŞİD ilə gizli şəkildə razılığa gəldiyini təsdiqləyib.

Avrşopa.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Erik Pahon PYD-nin İŞİD-lə gizli müqaviləsini “yerli problemin həlli üçün tapılan yerli həll yolu” kimi qiymətləndirib. Pahon Rəqqada mülki əhalinin çoxluğu üzündən ABŞ rəhbərliyindəki anti-İŞİD koalisiyasının hava hücumlarında çətinlik çəkdiyini bu üzdən SDQ-nin (PYD/YPG) İŞİD ilə razılaşmaya getdiyini deyib.

Pahon gizli müqavilənin tamamilə mülki əhalini qorumaq məqsədli olduğunu iddia edib:

“Ortaqlarımızla hər zaman eyni fikirdə olmaya bilərik, amma onların problemlərinə həll yolu tapmasına hörmət göstəririk”.

Pahon razılaşmanın PYD-nin qurduğu Rəqqa Mülki Şurası ilə ərəb qəbilə liderləri tərəfindən əldə olunduğunu bildirib. Pentaqon nümayəndəsinin sözlərinə görə, razılaşma İŞİD üzvlərinin ailələrinin Rəqqadan çıxmasına icazə verərkən, İŞİD ilə əməkdaşlıq edən suriyalılar reabilitasiya olunmaq şansı qazanıblar. Pahon şəhərdən çıxan bütün şəxslərin yoxlamadan keçirildiyini, onların arasında olan əcnəbi İŞİD-çilərin həbs olunduğunu bildirib.

Xatırladaq ki, keçən ayın ortalarında PYD İŞİD ilə apardığı bir həftəlik danışıqlardan sonra İŞİD üzvlərinə Rəqqadan çıxmaq icazəsi vermiş onları Deyr-əz-Zorun şəhərətrafı hissəsinə yollamışdılar.

İngiltərənin BBC kanalı isə bu təxliyə əməliyyatının görüntülərini dünya ilə bölüşmüşdü. BBC-nin ABŞ-ın dəstəklədiyi terror təşkilatı PYD-nin İŞİD üzvlərinin rahat şəkildə çıxmasını  əks etdirən reportajı yaymasının səbəbi isə ABŞ və İngiltərə arasında anlaşılmazlığın olması kimi təqdim edilmişdi.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər