Səudiyyə Ərəbistanı müftisinin adından daha bir “fətva” yayıldı və təkzib olundu – “Bu fitnəni yayanlar sionizmə xidmət edirlər…”

Səudiyyə Ərəbistanı müftisinin adından daha bir “fətva” yayıldı və təkzib olundu – “Bu fitnəni yayanlar sionizmə xidmət edirlər…”

“Səudiyyə Ərəbistanı müftisi Abduləziz Al-i Şeyx müsəlmanlara qarşı döyüşmənin haram olduğunu bildirib.”

Avropa.info xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının hökumətə yaxın “nador 24.com” saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Səudiyyə müftisi İsrailə qarşı savaşın haram olması ilə bağlı heç bir fətva verməyib.

“Sadəcə, televiziya verlişlərinin birində livanlı bir gənc “Hizbullah” terror təşkilatının tərkibində olduğunu buna görə tövbə etməsinin lazım olub-olmadığını soruşub. Müfti Abduləziz Al-i Şeyx isə müsəlmanlara qarşı savaşmanın və buna kömək etmənin günah olduğunu bildirərək, gəncdən tövbə etməsini istəyib.

Bu fitnəni salanlar, əslində siyonizmə xidmət edən fitnəkarlar, müsəlmanlar arasında fitnə salmaq üçün əsl həqiqəti gizlədərək şayələr yayırlar. Şübhəsiz ki, hər bir məsuliyyətli şəxs bu kimi yayılan yalan şayələri yaymamışdan öncə kökündən araşdırmalı və iftiralarından dolayı Allahdan qorxmalı və müsəlmanların birliklərini pozan işlərdən uzaq durmalıdırlar. Eyni zamanda qeyd edək ki, Səudiyyə müftisinin yaydığı bütün fətvalar müftiliyin saytında yerləşdirilir. İddia olunan yalan fətva isə müftiliyin saytında yoxdur” deyə saytın xəbərində qeyd olunur.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər