Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazanıb

Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Kosova yığmasını qəbul edib. “Dalğa Arena”da baş tutmuş qarşılaşmada qalib müəyyənləşməyib – 0:0. Azərbaycan millisi görüşü 9 oyunçu ilə başa vurub. 87-ci dəqiqədə Anton Krivotsyuk, 90+4-cü dəqiqədə isə İlkin Sadıqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıblar.

Bu heç-heçə sayəsində Azərbaycan yığması qrup mərhələsində ilk xalını qazanıb. 5 oyundan sonra Ələkbərovun komandası 1 xalla sonuncu pillədə qərarlaşıb. Kosova isə 7 xalla 4-cüdür.

Qeyd edək ki, Azərbaycan millisi beş gün əvvəl evdə Almaniyaya 0:7, səfərdə 1:6, səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.

AVRO-2019-un seçmə mərhələsi

V qrup

14 noyabr

18:00. Azərbaycan – Kosovo 0:0

Qırmızı vərəqələr: Anton Krivotsyuk, 87. İlkin Sadıqov, 90+4 (hər ikisi Azərbaycan)

Baş hakim: Roomer Tarajev

Baş hakimin köməkçiləri: Hannes Reinvald, Neeme Neemlaid

Dördüncü hakim: Eiko Saar (hakimlər briqadası Estoniyadandır)

Bakı. “Dalğa Arena”

Xal durumu: İrlandiya – 10, Almaniya – 9, İsrail – 7, Kosova – 7, Norveç – 5, Azərbaycan – 1.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər