Brüssel Prokurorluğu Puçdemonun İspaniyaya verilməsini tələb edib

Brüssel Prokurorluğu Puçdemonun İspaniyaya verilməsini tələb edib

Brüssel Prokurorluğu Kataloniyanın hökumətinin sabiq rəhbəri Karles Puçdemon və Kataloniya hökumətinin sabiq üzvlərini İspaniyaya təhvil verməyi tələb edib.

 

Bu barədə RTBF teleşirkəti məlumat yayıb.

 

Brüssel Məhkəmənin Məsləhət Palatasının K. Puçdemon və Kataloniyanın 4 sabiq nazirinin İspaniyaya verilməsi ilə bağlı iclası başa çatıb, ancaq məsələ hələ həllini tapmayıb.  Prokuror K. Puçdemon və Kataloniyanın 4 sabiq naziri ilə bağlı Avropa orderinin icra olunmasını tələb edib. Brüssel Məhkəmənin Məsləhət Palatasının növbəti iclası dekabrın 4-də olacaq. İclasda son qərar qəbul edilə, yaxud tərəflərin müraciəti ilə qərar 15 gün  gün sonra qəbul edilə bilər. Əgər Brüssel Məhkəmənin Məsləhət Palatası K. Puçdemon və Kataloniyanın 4 sabiq nazirinin İspaniyaya verilməsi barədə qərar qəbul edirsə, K. Puçdemon və Kataloniyanın 4 sabiq nazir ikinci məhkəmə instansiyasına müraciət edə bilərlər. İkinci məhkəmə instansiyası isə 15 gün ərzində qərar qəbul etməlidir.

 

Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub.

 

İspaniya Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri K. Puçdemonun həbsinə Avropa orderi verib. Hazırda Kataloniyanın sabiq rəhbəri Belçikadadır.

 

 

apa

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər