Jirinovski Putini “Ali hökmdar” adlandırmağa çağırdı

Jirinovski Putini “Ali hökmdar” adlandırmağa çağırdı

Rusiya Liberal Demokrat Partiyasının lideri, deputat Vladimir Jirinovski ölkə Konstitusiyasına dəyişikliklər ideyasını dəstəkləyir.

Virtualaz.org bildirir ki, bu barədə o, “Exo Moskvı” radiosunun efirindən bəyan edib.

Jirinovski, həmçinin dövlət başçısının adını dəyişməyi təklif edir. Onun sözlərinə görə, “yad Qərb sözü “prezident”i “ali hökmdar”la, “sədr” və ya hətta “rəis”lə də əvəz etmək olar”.

Xatırladaq ki, Rusiya Kommunist Partiyasından deputat, kino-rejissor Vladimir Bortko “Konstitusiya yığıncağı haqqında” qanun layihəsinin yenilənmiş redaksiyasını Dövlət Dumasının müzakirəsinə təqdim edib. Bu orqan təsisedici hakimiyyət, həmçinin, ölkə konstitusiyasını dəyişdirmək səlahiyyətlərinə malikdir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər