Sergey Lavrov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır”

Sergey Lavrov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır”

“Bu yaxınlarda – noyabrın 1-də Rusiya Federasiyasının prezidenti ilə Tehranda növbəti dəfə görüşdünüz. O, Sizə səmimi salamlarını çatdırır, məmnuniyyətlə Sizin görüşlərinizi xatırlayır. Biz Vladimir Vladimiroviçlə Sizin aranızda olan razılaşmaların yerinə yetirilməsinə sadiqik”.

 

Avropa.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə bildirib.

 

Nazir bildirib ki, cari ilin ilk 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi ən azı 60 faizdən çox artıb: “Bu da iki il əvvəl özünü göstərən ticarət dövriyyəsinin azalması tendensiyasının qarşısını almaq və Sizin dediyiniz kimi, investisiya qoyuluşu sahəsində tempi artırmaq istiqamətində çox ciddi addımdır. Bu il Stavropolda uğurla keçirilmiş Regionlararası Forumu qeyd etməliyəm. Bakıda parlamentlərarası komissiyanın iclası keçirilib. Biz diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar həmkarımla qarşılıqlı səfərlər etmişik. Moskvada arxiv sənədlərinin sərgisi keçirilib. Sabah bu tarixə həsr edilmiş əlavə tədbir keçirəcəyik. “ADA” Universitetinə çıxış etmək dəvətinə görə təşəkkürümü bildirmək istəyirəm”.

 

Sergey Lavrov həmçinin qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır.

 

“Burada biz sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır”, – deyə o vurğulayıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər