Banqladeş və Myanma rohinca qaçqınlarının geri qaytarılmasına dair danışıqlara başlayıb

Banqladeş və Myanma rohinca qaçqınlarının geri qaytarılmasına dair danışıqlara başlayıb

Banqladeş və Myanmanın hakimiyyət orqanları rohinca müsəlmanlarının Myanmaya qayıtmasına dair danışıqlara başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Banqladeşin XİN rəhbəri Əbul Həsən Mahmud Əli deyib.

Qeyd edilir ki, hər ik ölkə qaçqınların geri qaytarılması ilə bağlı ikitərəfli razılaşmanın imzalanmasına dair danışıqlar aparır. Rohinca qaçqınlarının geri qaytarılması ilə məşğul olacaq birgə işçi qrup yaradılacaq.

Gələn həftə isə məsələnin həllinə dair Banqladeşin XİN rəhbərinin köməkçisi Myanmaya səfər edəcək. Qeyd edək ki, Myanmada rohinca müsəmanlarının yaşadığı Rakhayn ştatında dini zəmində yerli buddistlərlə dəfələrlə toqquşmalar baş verib. Sonuncu gərginlik avqustun 25-ə təsadüf edib.

Bu tarıxdən sonra Myanmadan Banqladeş ərazisinə 613 min insan qaçıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər