Azərbaycandan “Beşiktaş”a dəstək: Bakı Olimpiya stadionu komandanın rənginə boyandı – Video

Azərbaycandan “Beşiktaş”a dəstək: Bakı Olimpiya stadionu komandanın rənginə boyandı – Video

UEFA Çempionlar Liqasında “Porto”nu qəbul edən “Beşiktaş” klubuna Azərbaycanda dəstək gəlib.

Avropa.info xəbər verir ki, qrup mərhələsinin 1/8 finalına yüksələn komandanın qələbəsi Bakı Olimpiya stadionunun “Beşiktaş”ın rənginə boyanması ilə qeyd olunub.

68 min tamaşaçı tutumu olan stadion bütün oyun boyu ağ-qara rəngdə işıqlandırılıb və “Come to Beşiktaş” (Beşiktaşa gəlin) yazısı yer alıb.

Azərbaycanın kluba bu şəkildə dəstək olması Türkiyə mətbuatında geniş şəkildə əks olunub və xüsusi sevgi ilə qarşılanıb.

Qeyd edək ki, “Beşiktaş” Çempionlar Liqasının qrup mərhələsində doğma meydanda “Porto” ilə qarşılaşıb. Matçdan 1:1 hesablı bərabərliklə ayrılan İstanbul klubu sona bir tur qalmış növbəti mərhələyə çıxmağı təmin edib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər