İranın dini lideri Xamneyini Hitlerə bənzədən vəlihəd şahzadə Məhəmməd bin Salmandan sensasiyalı açıqlamalar: “Həbs olunan şahzadələrin 95 faizi ilə anlaşdıq…”

İranın dini lideri Xamneyini Hitlerə bənzədən vəlihəd şahzadə Məhəmməd bin Salmandan sensasiyalı açıqlamalar: “Həbs olunan şahzadələrin 95 faizi ilə anlaşdıq…”

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman “New York Times”a verdiyi müsahibədə İran dini lideri Hamaneyini Hitlerə bənzədib.

Avropa.info xəbər verir ki, Məhəmməd bin Salman bir müddət bundan öncə saxlanılan  şahzadələrin 95 faizi ilə anlaşdıqlarını da deyib.

Şahzadə Məhəmməd bin Salman İanın bölgədə genişlənmə siyasətinə qarşı olduqlarını da bildirib.

“Avropalılar kimi İrana güzəşt etmək fikrində deyilik. İrandakı yeni Hitler Xamneyinin Avropada olanları Yaxın Şərqdə təkrar etməsini istəmirik” deyə şahzadə qeyd edib.

Məhəmməd bin Salaman bir müddət öncə həbs olunan şahzadələrin 95 faizi ilə anlaşdıqlarını da deyib.

“Onlara əlimizdə olan bütün sənədləri göstərdik və bu sənədləri görəndən sonra, şahzadələrin 95 faizi bunu qəbul etdi, anlaşdıq. Onlardan 1 faizi təmiz olduğunu sübut etdi və onlar haqqında istintaqa son verildi. 4 faiz isə korrupsiya ilə məşğul olmadıqlarında israr edərək, işin məhkəməyə verilməsini istədilər” deyə şahzadə bildirib.

Qeyd edək ki, Səudiyyə Krallığı ilə razılaşmaya gedənşahzadələrin mal varlıqlarının bir hissəsini Səudiyyə xəzinəsinə verəcəkləri güman edilir. Şahzadə Məhəmmədin şübhəlilərlə bağladığı müqavilə əsasında təxmini 100 milyard dolların xəzinəyə veriləcəyi bildirilir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər