Elçin Quliyev Pakistan Silahlı Qüvvələrinin qərargah rəisi ilə görüşüb

Elçin Quliyev Pakistan Silahlı Qüvvələrinin qərargah rəisi ilə görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Pa­­kistan İslam RespublikasıSilahlı Qüvvələrinin Birləşmiş Qə­rargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DSX-nin mətbuat mərkəzindən Avropa.info-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı məmnunluq hissi ilə qeyd olunub, sərhəd təhlükəsizliyi və hərbi-texniki əməkdaşlıq sahələrində qarşılıqlı faydalı münasi­bətlərin perspektivləri müzakirə edilib, bu əməkdaşlığın uğurla in­­ki­şaf etdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdiril­mə­si­nin vacibliyi vurğulanıb.

Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cüm­lə­dən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 %-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu əra­zilərin qeyri-qanuni məqsədlərlə istifadə edilməsi, transsərhəd ci­na­yətkarlığa qarşı mübarizə sahəsində hə­yata keçirilən tədbirlər, sərhəd mühafizə sisteminin güclən­dirilməsi, maddi-texniki baza­nın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiy­yətlər barədə qonaqlara məlumat verilib.

Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sər­həd təhlükəsizliyinə qarşı çağırışlar ətrafında fikir mübadiləsi apa­rılıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər