Dərbənddə Nizami Gəncəvinin heykəli bərpa edildi – Foto

Dərbənddə Nizami Gəncəvinin heykəli bərpa edildi – Foto

Dağıstan Respublikasının Dərbənd Şəhər Administrasiyası Nizami Gəncəvinin heykəlini və ətrafdakı parkı bərpa edib.

Bu barədə Dərbənd azərbaycanlılarının yerli Milli-Mədəni Muxtariyyatının rəhbəri Telman Hacəliyev deyib.

T.Hacəliyevin sözlərinə görə, onların şəhər meriyasına müraciətləri diqqətsiz qalmayıb.

“Heykəl bərpa edilib, yeni şam ağacları əkilib, parkın ərazisi təmizlənib. Ən əsası isə burada müşahidə kameralarının quraşdırılmasıdır ki, bu da hər hansı dələduzun hərəkətlərini ifşa etməyə kömək edəcək”, – o deyib.

Xatırladaq ki, bu ilin noyabrın 15-nə keçən gecə naməlum şəxslər Dərbənddə Nizami Gəncəvinin heykəlinə və onun yerləşdiyi parka ziyan vurublar. Hadisəni törədənlər hələ ki, müəyyənləşməyib.

Report

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər