“Qarabağ”ın hücumçusu ÇFR-nin hədəfində

“Qarabağ”ın hücumçusu ÇFR-nin hədəfində

“Qarabağ”ın afrikalı hücumçusu Dino Ndlovu Çempionlar Liqasında sərgilədiyi oyunla Avropa klublarının maraq dairəsinə düşüb.

Qol.az-ın Cənubi Afrika Respublikasının “soccerladuma.co.za” saytına istinadən yaydığı xəbərə görə, Rumıniyanın ÇFR klubu 27 yaşlı forvardla yaxından maraqlanır.

Kluj təmsilçisi yayda Ağdam klubu ilə müqaviləsi başa çatacaq Ndlovunu transfer etmək istəyir. Ancaq bu, təkcə rumınların istəyindən deyil, eyni zamanda, Dinonun “Qarabağ”da qalıb-qalmayacağından asılıdır.

Qeyd edək ki, ÇFR 18 turdan sonra Rumıniya çempionatında turnir cədvəlinə başçılıq edir.

Əlavə edəkki, CAR millisinin də üzvü olan Ndlovu ötən ilin yayından “Qarabağ”da çıxış edir. O, cari mövsüm meydana çıxdığı 21 oyunda 8 qol vurub.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər