Siyavuş Novruzov bu dəfə siqaretdən danışdı

Siyavuş Novruzov bu dəfə siqaretdən danışdı

“Qanun layihəsində həllini tapmayan məsələlər var. Burada açıq və qapalı məkanlar konkretləşdirilməyib. Tutaq ki, restoranda siqaret çəkilməsi qadağandırsa, hamı restoranın qarşısında çəkəcək. Yoldan azyaşlılar, qocalar keçir. Konkretləşdirilməlidir ki, restoranın hansı hissəsində siqaret çəkmək olar”.

Avropa.info azvision.az-a istinadən xəbər verir ki, bunu “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı addımlar atılır, digər tərəfdən də istifadə edilməsi bağlı qadağalar qoyulur: “Bunu elə tənzinləməliyik ki, büdcə zərər görməsin”.

Spiker Oqtay Əsədov deyib ki, tütünçülüyün inkişafı ixracı artırmaq üçün nəzərdə tutulur.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər