Fiziki məhdudiyyətli usta tək əllə musiqi alətləri düzəldir – Video

Fiziki məhdudiyyətli usta tək əllə musiqi alətləri düzəldir – Video

Zaqatala sakini, 58 yaşlı İsmayıl Meqjiyevin tək əli olsa da, düzəltdiyi sənət nümunələrinin tayı-bərabəri yoxdur.

Xezerxeber.az bildirir ki, Zaqatalanın Danaçı kəndində yaşayan sənətkar heç bir ustadan öyrənmədiyi bu sənətə uşaq yaşlarından maraq göstərib və hazırda tək əllə tambur düzəldir. İsmayıl usta ağır xəstəlikdən sonra sağ əlini hərəkət etdirə bilməsə belə, onun düzəltdiyi tambur musiqi alətini nəinki Zaqatala və Balakən rayonlarında, hətta Dağıstanda belə adla axtarırlar.

Bir müddət sənətdən uzaqlaşan usta sonra yenidən işinə qayıdıb.

Usta bir tamburu düzəltməyə 15-30 gün vaxt sərf edir. Satışın əsasən mövsümi xarakter daşıdığını deyən usta bir il ərzində 4-5 tambur sifarişi alır.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər