İçkili sürücü polislə mübahisə etdi – Video

İçkili sürücü polislə mübahisə etdi – Video

Astara Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən sürücülərə qarşı reyd keçiriblər.

ARB TV xəbər verir ki, reyd zamanı kobud qayda pozuntuları aşkar edilib.

Belə ki, dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, sürücülər yenə də içkili halda sükan arxasına oturub real təhlükə yaradırlar.

Bununla belə, sərxoş halda olan sürücülərin hamısı içkli olduqlarını inkar etməyə çalışıblar.

Reyd zamanı polisin “saxla” əmrinə tabesizlik göstərən və ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinib.

Onlardan biri isə hətta polisə qarşı kobudluq etməkdən belə çəkinməyib: “Düş maşından. Sən kimsən ki mənim maşınımda oturursan?!”.

Reydlər bundan sonra da davam etdiriləcək.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər