Ziya Məmmədovun kurasiyasındakı son “qala” da əlindən alınır – Onun icra başçısı olan daha bir qohumunun vəzifəsindən qovulacağı gözlənilir

Ziya Məmmədovun kurasiyasındakı son “qala” da əlindən alınır – Onun icra başçısı olan daha bir qohumunun vəzifəsindən qovulacağı gözlənilir

Vaxtilə ölkənin ən ciddi məmur oliqarxlarından olan, keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun ətrafındakı halqa daralmaqdadır.

Avropa.info xəbər verir ki, vaxtilə bir necə rayonu kurasiyasında saxlayan keçmiş nazirin əlindən bu rayonlar alınmaqdadır. Belə ki, vaxtilə Ucar, Göyçay, Quba kimi rayonlara Ziya Məmmədovun ən yaxın qohumları rəhbərlik edirdilər. Son olaraq Ziya Məmmədovun bibisi oğlu Yaşar Məmmədov ölkə başçısının sərəncamı ilə vəzifəsindən azad olundu. Bundan öncə isə Məmmədovların Göyçaydakı kurasiyasına son verilmişdi.

Əldə etdiyimiz məlumata görə, yaxın zamanlarda Ucar rayonunun icra başçısı da dəyişiləcək. Bu rayona Ziya Məmmədovun yaxın qohumu Mənsur Məmmədov rəhbərlik edir. Mənsur Məmmədov əvvəllər Zərdab və Göyçay rayonlarında da icra başçısı vəzifəsində çalışıb. O, xüsusilə də Göyçayda icra başçısı işlədiyi dövrlərdə yerli sakinlərlə qalmaqal yaşayıb.

Картинки по запросу mənsur məmmədov

Mənsur Məmmədov

Qeyd edək ki, son 3 ildə Ziya Məmmədovun həm karyerası , həm də biznesi üçün “sərin küləklər” əsməkdədir. Öncə Ziya Məmmədovun “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovla şərik olduğu “Bank of Azerbaijan” müflis oldu. Daha sonra, Məmmədovlar ailəsinin sahibi olduğu “ZQAN” holdinq bir çox səhmlərini itirərək  “Garant Holding” ə çevrildi. Bununla yanaşı Nəqliyyat naziri olan Ziya Məmmədovun holdinqin əsas gəlir mənbəyi olan yol tikintisi də onun əlindən alındı. Bundan sonra isə şəhərdaxili marşurut avtobuslara nəzarət Ziya Məmmədovdan alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verildi. Bununla yanaşı cəmiyyətdə “nəqliyyat qoçuları” kimi tanınan və əməkdaşlarının sürücülərə fiziki güc tətbiq etməsi ilə tanınan Nəqliyyat Müfəttişliyi ləğv edildi. Sonda isə əlində heç bir səlahiyyəti qalmayan Nəqliyyat Nazirliyi ölkə başçısının bir sərəncamı ilə ləğv edildi. Bununla da işsiz qalan Ziya Məmmədovun karyerası da bitdi. Onun əlinə bir dəstə gül verib yola saldılar.

Lakin, onun var-dövlətinin bir hissəsini xaricə daşıya bildiyi haqda da xəbərlər dolaşmaqdadır. Ziya Məmmədovun oğlu vaxtilə ABŞ-dakı FETÖ şəbəkəsindən tutmuş bir çoxları ilə biznes əlaqəsi qurmuş Anar Məmmədovun Avropaya köçdüyü və orada bizneslərini idarə etdiyi bildirilir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər