“Bu da bizim bayraqdır” – Türkiyədən Azərbaycana möhtəşəm jest (Foto)

“Bu da bizim bayraqdır” – Türkiyədən Azərbaycana möhtəşəm jest (Foto)

Ağrı dağında bir araya gələn alpinistlər “Bu da bizim bayraqdır” şüarı ilə Azərbaycan bayrağını qaldırıblar.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İğdır və Ağrıdakı alpinistlərin 4 saatlıq yürüşünü “İsgəndər İğdır Ağrı Dağı Dağçılıq və Ekstremal İdman Növləri Klubu” (AKUD) təşkil edib.

Alpinistlər Azərbaycana dəstək məqsədilə Ağrının Doğubəyazid qəsəbəsində görüşüblər. Onlar qəsəbədəki 2 min 100 metr hündürlükdə dağın zirvəsinə 4 saatdan sonra yetişə biliblər. Zirvəyə çatan alpinistlər burada Azərbaycan bayrağını dalğalandırıblar.

Xatırladaq ki, Türkiyənin “Savaşçı” serialının 22-ci bölümündə Azərbaycan bayrağına edilən jestə bir qrup azərbaycanlı qarşılıq verib.

Serial müəlliflərinin jestinə cavab gənc fotoqraf Taleh Valehovun müəllifliyi ilə hazırlanıb. Belə ki, o, “Bu da bizim bayraqdır” adlı layihəsini gerçəkləşdirib. Layihəyə əsasən müxtəlif sahələrdən olan tanınmış şəxslər əllərində Türkiyə bayrağı və onun üzərində “Bu da bizim bayraqdır” yazısını tutublar.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər