Eldar Mahmudov, Ziya Məmmədov, Fazil Məmmədov… – Növbədə kim(lər)dir ? – Prezident İlham Əliyev siyasi, iqtisadi islahatlara start verib

Eldar Mahmudov, Ziya Məmmədov, Fazil Məmmədov… – Növbədə kim(lər)dir ? – Prezident İlham Əliyev siyasi, iqtisadi islahatlara start verib

Prezident İlham Əliyev komandasında mühüm dəyişiklik edib.

Avropa.info xəbər verir ki, dekabrın 5-də prezident vergilər naziri Fazil Məmmədovu tutduğu vəzifədən azad edib. Prezident İlham Əliyevin digər sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad olunub və o, başqa bir sərəncamla vergilər naziri təyin edilib.

Beləliklə, 2018-ci il prezident seçkilərinə start verildi. Ehtimal edə bilərik ki, yaxın zamanlarda bəzi digər nazirlər də, “qara siyahıya” düşəcək. Habelə seçkilərə qədər icra başçılarının bir çoxu dəyişdiriləcək. İlham Əliyev ölkənin icra strukturunu tamamilə dəyişmək, harınlaşmış məmurları vəzifəsindən azad etməyi hədəfləyib. Seçkilərə qədər ölkə başçısı rüşvətə bulaşmış və əhalinin qıcığına səbəb olan məmurları vəzifədən uzaqlaşdırmaq fikrindədir. Vergi, maliyyə və s sahələrdə ciddi islahatların davam edəcəyi gözlənilir. Prezident yeni komanda formalaşdırırır. Maliyyə və vergi sistemin optimallaşdırılması, müasir dövrə uyğun qurulması üçün ciddi islahatlara ehtiyyac yaranıb. Bu baxımdan nazirliklərdə struktur islahatalarının aparılıcağı da isitina deyil.

Vurğulayaq ki, hakim elitanın aparıcı simalarından olan Fazil Məmmədov, Ziya Məmmədov, Eldar Mahmudov kimi nazirlərin “vurulması” ictimai rəydə müsbət qarşılandı. Ölkə mətbuatında F.Məmmədovun vurulmasında əsas səbəb onun “MTN işi” ilə bağlı olmasından tutmuş, vergi ödəyicilərinin incidilməsinə qədər ən müxtəlif versiyalar səsləndirilir. Onun yerinə təhsli naziri Mikayıl Cabbarovun təyin edilməsi isə o anlama gəlir ki, o, sabiq nazir F.Məmmədovun sahibkarları boğaza yığan qruplaşmasını dağıdacaq. Ənənəvi komanda ilə hər hansı ünsiyyəti olmayan M. Cabbarovun vergi sisteminə yeni nəfəs gətirə biləcəyi ehtimalı böyükdür.

Kadr dəyişikliyi məmurların əhali ilə daha rasional davranmasına yardım edə bilər. Yaxın zamanlarda narazılığın çox olduğu bir sıra rayonlarda icra başçılarının dəyişdiriləcəyi gözlənilir. Ehtimal olunur ki, 2018-ci il prezident seçkiləri əsasən də iqtisadi islahatların ən pik dövrünə təsadüf edə bilər. Odur ki, islahatların miqyasının böyüklüyünü ehtimal etmək mümkündür. Vurğulayaq ki, sivil dünyaya baxıb iqtisadiyyatı necə şaxələndirmək haqqında düşünmək lazım gəlir.

Dövlət və idarəetmə xərclərinin azaldılması, əhalinin etibar etdiyi kadrlar idarəetməyə cəlb edilməsi qarşıdaduran əsas məsələrdəndirlidir. Bu baxımdan, yeni, gənc kadrlara üstünlük veriləcəyini proqnozlaşdıra bilərik. 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər hakim siyasi elita tamamilə yeni dizaynda olacaq. Bu baxımdan, ən yaxın zamanlarda tamamilə yeni simaların nazir təyin olunacağı ehtimalı az deyil. Ölkədə kadr və struktur islahatları başlayır və bu səbəbdən ən qısa zamanda az qala “zəlzələ effekti” ola biləcək yeni təyinatların şahidi olacayıq…

Avropa.info-nun ekspert qrupu

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər