Azərbaycan ABŞ-ın Qüds qərarını rədd etdi – Rəsmi

Azərbaycan ABŞ-ın Qüds qərarını rədd etdi – Rəsmi

Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır.

Avropa.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

“Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”, – deyə Hacıyev vurğulayıb.

Xatırladaq ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Yerusəlimi (Qüdsü) İsrailin paytaxtı kimi tanıdığını bəyan edib, ölkəsinin səfirliyinin Tel-Əvivdən həmin şəhərə köçürülməsi barədə qərar imzalayıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər