Vəkillər Kollegiyasına yeni sədr seçildi – Yenilənib

Vəkillər Kollegiyasına yeni sədr seçildi – Yenilənib

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.

Azvision.az-ın məlumatına görə, konfransda yüzdən çox nümayəndə iştirak edib.

Konfransda kollegiyaya yeni sədrin seçilməsi məsələsi müzakirə olunub. Səsvermə nəticəsində “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib. Bundan başqa, konfransda sədr müavinləri də müəyyənləşib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib.

Vəkillər Kollegiyasına yeni sədr seçildi

***

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilir.

“Report”un xəbərinə görə, “Bulvar Otel”də keçirilən konfransda 116 nümayəndə iştirak edir.

Əvvəlcə VK sədrinin müavini Aydın Axundovun 2012-2017-ci illər üzrə hesabatı dinlənilib.

Konfransda bir sıra məsələlər müzakirə olunacaq, habelə VK Rəyasət Heyətinə yeni üzvlər və sədr seçiləcək. Rəyasət heyətinin üzvlüyünə və sədrliyinə namizədlər konfrans zamanı irəli sürüləcəklər.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər