“Trampa sonsuzadək minnətdar qalacağıq” – Netanyahu

“Trampa sonsuzadək minnətdar qalacağıq” – Netanyahu

İsrail baş naziri Benyamin Netanyahu Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıdığına görə ABŞ prezidenti Donald Trampa təşəkkür edib.

Avropa.info xəbər verir ki, Netanyahu bu qərarı “tarixi” adlandırıb.

“ABŞ prezidenti Donald Trampı Qüdsü İsrailin paytaxtı olaraq tanımaq və ABŞ səfirliyini buraya köçürmək hazırlığı çərçivəsində cəsur və ədalətli qərarından dolayı təşəkkür edirik. Bu gün tarixi bir gündür. Qüds 70 ilə yaxındır İsrailin paytaxtıdır və bizim ümidimizin, röyamızın və duamızın yeni minillikdə diqqət mərkəzidir. Qüds üç min ildir yəhudilərin paytaxtıdır. Müqəddəs məkanların statusunda dəyişiklik olmayacaq. Bu İsrailin quruluşunun ilk günündən bəri hədəfimizdir. Yəhudi dövlət və yəhudi xalqı sonsuzadək minnətdardır. Tramp İsrailin fələstinlilər də daxil qonşuları ilə sülh içərisində yaşaması prinsipini paylaşır. Trampla və komandası ilə sülh röyasını həyata keçirmək üçün çalışmağa davam edəcəyik”.

İsrail hökuməti ABŞ prezidentinin Qüds planını açıqlamasından sonra Şərqi Qüdsün qədimi şəhər ərazisini əhatə edən qala divarlarına ABŞ və İsrail bayraqları taxılıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər