Vəkillər Kollegiyasının yeni sədri kimdir? – Dosye

Vəkillər Kollegiyasının yeni sədri kimdir? – Dosye

Dekabrın 7-si Bakıda Vəkillər Kollegiyasının konfransı keçirilib. Konfransda Anar Bağırov qurumun Rəyasət Heyətinin sədri seçilib.

Avropa.info bildirir ki, Rəyasət Heyətinin əvvəlki sədri Azər Tağıyev vəzifədən sentyabrın 27-də öz müraciəti əsasında çıxarılıb. O vaxtdan sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

Anar Bağırovun 41 yaşı var. BDU-nun hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

1997-2005-ci illərdə müxtəlif təşkilatlarda hüquqşünas vəzifəsində işləyib. 2005-ci ildən Vəkillər Kollegiyasının üzvü, 2012-ci ildən Rəyasət Heyətinin üzvüdür.

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının vəkillərin peşəyə buraxılış və ixtisasartırma fakültəsində dekan əvəzidir.

“Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının həmtəsisçisi və İdarə Heyətinin üzvü, “Azərbaycan vəkili” jurnalının baş redaktorudur.

Vəkillər Kollegiyasının 940-a yaxın üzvü var.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər