İlham Əliyev Qubadadır

İlham Əliyev Qubadadır

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfər edib.

Avropa.info xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlət başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

***

Prezident Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksinin açılışında iştirak edib.

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına Quba “ASAN həyat” kompleksi barədə ətraflı məlumat veriblər.

Dövlətimizin başçısı mərkəzlə tanış olub sonra “ASAN xidmət” Mərkəzini işə salıb.

Prezident və birinci xanım kompleksin “ABAD” Mərkəzində də olublar.

Sonra İlham Əliyev Quba “ASAN həyat” Kompleksinin əməkdaşları ilə görüşüb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər