BDU-nun Filologiya fakültəsində bu kafedra bağlanıb? – Universitetdən açıqlama

BDU-nun Filologiya fakültəsində bu kafedra bağlanıb? – Universitetdən açıqlama

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türk xalqları ədəbiyyatı kafedrasının bağlanması ilə bağlı məlumat yayılıb.

Avropa.info-ya açıqlamasında BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova bildirdi ki, bu kafedra bağlanmayıb, Türkologiya kafedrasına birləşdirilirb.

P.İbrahimovanın sözlərinə görə, hal-hazırda Türkologiya kafedrasına professor Ramiz Əsgər rəhbərlik edir: “Türk xalqları ədəbiyyatı kafedrasının bağlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Türkologiya kafedrasına rəhbərlik etmiş akademik Tofiq Hacıyevin dünyasını dəyişməsindən sonra, 2016-cı ildə hər iki kafedra birləşdirilib. Dərs proqramı və dərs yükü əvvəllər olduğu kimi saxlanılıb. Türk xalqları ədəbiyyatı və türkologiya proqramına aid olan dərslər əvvəlki qaydada tədris olunur”.

Qeyd edək ki, BDU-nun filologiya fakültəsində Türkologiya kafedrası 1969-cu ildə yaradılıb və ona 15 il tanınmış türkoloq alim professor Fərhad Zeynalov rəhbərlik edib. 1984-2015-ci illərdə kafedra müdiri türk dünyasının tanınmış dilçi alimi, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyev olub.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər