Bu Avropa ölkəsi Trampın qalmaqallı Qüds qərarını dəstəklədi

Bu Avropa ölkəsi Trampın qalmaqallı Qüds qərarını dəstəklədi

Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini Qüdsə köçürmək təlimatı verməsindən sonra Avropa Birliyi üzvü Çexiyadan qərara dəstək gəlib.

Avropa.info xəbər verir ki, Çexiya XİN saytında yayılan bəyanatda “Çexiya hal-hazırda İsrail ilə Fələstin arasında sülh müqaviləsi imzalanmasından əvvəl 1967-ci il sərhədlərini əsas götürərək, Qüdsü İsrailin paytaxtı kimi tanıyır” ifadələri işlədilib.

İsraili Qüdsün şərqini 1967-ci ildə baş vermiş “6 günlük müharibə”də işğal etdiyi üçün Çexiyanın İsrailin paytaxtı kimi tanıması mənasına gəlir. İsrail hal-hazırda Qüdsün iki hissəsinə də nəzarət edir, ancaq İordan çayının Qərb sahilinə nəzarət edən fələstinlilər Qüdsün şərqini gələcək dövlətlərinin paytaxtı olmasını istəyirlər.

“Çexiya Avropa Birliyi Xarici Əlaqələr Şurasının qərarından sonra digər AB üzvü dövlətlərlə Qüdsü həm İsrail, həm də gələcək Fələstin dövlətinin gələcək paytaxtı sayır” – bəyanatda belə deyilir.

Çexiya Tel-Əvivdəki səfirliyini Qüdsə köçürülməsi qərarını dünyadakı və regiondakı tərəfdaşları ilə müzakirə etdikdən sonra nəzərə alacağını bildirib.

Qeyd edək ki, Çexiya xaricində heç bir AB üzvü Qüdslə bağlı son razılığa gəlinmədən İsrailin paytaxtı olaraq tanınmasını təsdiq etməmişdi.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər